Kriogen dondurma
Kreogen dondurma — Qida məhsullarını dondurmaq üçün aşağı temperaturlar soyuducu agentin (ammonyak, freonlar) və ya kriogen mayelərin (maye azot, karbon dioksidi) qaynaması nəticəsində alınır.
Kriogen mayelər – bir dəfə istifadə edilən soyuqluq daşıyanlardır. Kriogen aparatlar iki qrupa bölünür. Birincidə emal olunan məhsul kriogen maye ilə bilavasitə təmasda olur. İkinci qrup aparatlarda məhsul və kriogen maye arasındakı istilikdəyişmə əlavə termiki müqaviməti olan elementlərdən (qablaşdırıcı material, blok-formanın metal səthi və ya nəqletdirici konveyer) keçərək baş verir.
Öz növbələrində hər iki qrupun aparatları qaynayan (kriogen mayelər, freonlar) və qaynamayan soyuqluq daşıyıcılı (duzlu məhlullar) olurlar.
Qida məhsullarının bioloji toxumaları formalaşdıran heyvanı və ya bitki mənşəli hüceyrələrdən ibarətdir. O müxtəlif duzların və başqa qida maddələrinin su qarışıqlarından ibarətdir. Kristallaşmada suyun donması prosesi hüceyrələr arası məsafədən başlayır, sonra hüceyrələrin daxilinə keçir. Əgər donma prosesi çox zəif gedərsə, o zaman hüceyrələr arasında böyük buz kristalları əmələ gələrək hüceyrəni parçalayır.